9 noyabr Dövlət Bayrağı günü qeyd ediləcək

9 noyabr Dövlət Bayrağı günü qeyd ediləcək
Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi noyabrın 4-də Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş "Bayraq Festivalı" nı keçirəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, tələbələrin, gənclər təşkilatlarının üzvləri və fəal gənclərin iştirakı nəzərdə tutulub. Qeyd edək ki, "9 noyabr - Dövlət Bayrağı günü" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "9 noyabr Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" 17 noyabr 2009-ci il tarixli Sərəncamının və Gənclər və İdman Nazirliyinin tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə