Beynəlxalq Mətbuat İnstitutunun nümayəndələri Mətbuat Şurasında olub
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi rəhbərlik etdiyi nümayəndə heyəti görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə MŞ İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkə nüfuzlu kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər. Toplantını açan Mətbuat Şurasının sədri Əflatun Amaşov öncə ölkədə mövcud olan medianın vəziyyəti barədə məlumat verib. Ə. Amaşov bildirib ki, Şura hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, mətbuatın iqtisadi durumunun yüksəldilməsinə, reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin tətbiqinə, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaq üçün aktiv fəaliyyət həyata keçirir.
Beynəlxalq Mətbuat İnstitutunun direktoru Alison Betel Mckenzi bildirib ki, BMİ-nin dünyanın demək olar, bütün ölkələrində nümayəndələri var. Milli Komitələrinin sayı isə 20-dir. Onlardan biri Azərbaycanda fəaliyyət göstərir və işi yüksək qiymətləndirilir: "Səfərimizdə məqsəd Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə maraqlanmaq, bununla bağlı tendensiyaları izləmək və BMİ-nin hansı çətinliklərin aradan qaldırılmasında iştirak edə biləcəyini müəyyənləşdirməkdən ibarətdir. Düşünürəm ki, sizlərlə diskussiyalarımız əsasən mövcud istiqamətdə gedəcək".
Qeyd edək ki, BMİ dünyanın nüfuzlu media birliklərindən olmaqla BMT-nin və YUNESKO-nun toplantılarında məşvərətçi səs hüququna malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB