\"Milli Birliyin şərtləri və yolları\" mövzusunda Ziyalılar Forumunun növbəti toplantısı keçirilib - FOTO

\"Milli Birliyin şərtləri və yolları\" mövzusunda Ziyalılar Forumunun növbəti toplantısı keçirilib - FOTO
Bu gün \"Milli Birliyin şərtləri və yolları\" mövzusunda Ziyalılar Forumunun növbəti toplantısı keçirilib. SİA-nın məlumatına görə, toplantıda forumun nümayəndələri Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Eldar Namazov, Rafiq Əliyev və digər ziyalılar iştirak edib. Toplantını alim Rafiq Əliyev açaraq, mövzu ilə iştirakçıları tanış edib.


"Mili Barış dövlətdaxili islah yolu və sülh yolu ilə həll edilməsini nəzərdə tutur. 1988-də BMT-nin milli barışla bağlı qərarında vurğulanır ki, milli barış dövlət daxili məsələdir və burada konsensus olmalıdır", - deyə R.Əliyev bildirib.


"Biz milli birlik deyəndə insanın öz ləyaqətini ona qaytarılmasını nəzərdə tuturuq. Mən bilən, ən vacib şərtlərdən biri budur. Bu durumda Azərbaycan ziyalısının böyük məsuliyyəti var. Azərbaycan ziyalısı ən azından yalan deməməli, yalan yazmamalıdır. Bu gün bizim milli birlik davasını qaldırmamızın əsas şərtlərindən biri də əxlaqdır. 3 namus əxlaqı var: ailə, peşə və dövlət namusu. Bu gün bizdə ən böyük bəla dilatantlıq, qeyri-peşəkarlıqdır. Mən Azərbaycan üçün inqilab istəmirəm. \"İnqlab\"la \"Azadlıq\" sözü sinonim deyil. Azərbaycanı arzu olunmayan təlatümlərdən qorumaq lazımdır. Bunu düz başa düşməyənlər ola bilər, amma mən bunu deməliyəm. Ziyalıların bu gün missiyası budur ki, milli birliyə gedən yolun əsas yolçuları olsunlar", - deyə şair Ramiz Rövşən çıxışında qeyd edib.


Daha sonra əsas mövzuda məruzə ilə bağlı Eldar Namazova ətraflı çıxış edib.


Bu gün həm də Azərbaycan Ziyalılar Forumunun 2 yaşı tamam olur. Bu haqda forumun moderatoru Eldar Namazov forumun bugünkü toplantısında açıqlayıb. E.Namazov bu münasibətlə R.İbrahimbəyov və Ə.Əliyev başqa olmaqla bütün ziyalıları təbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə