Melniçenko Yanukoviçə qarşı törədilə biləcək qəsddən danışıb

Melniçenko Yanukoviçə qarşı törədilə biləcək qəsddən danışıb
Ukrayna dövlət mühafizəsi xidmətinin mayoru Nikolay Melniçenko bu ölkədə gizli fəaliyyət göstərən xüsusi xidmət orqanının mövcudluğu barədə açıqlama yayıb. Lakin həmin açıqlamalardan maraqlı faktlat üzə çıxıb. Bu faktlardan biri də həmin orqanların prezident Viktor Yanukoviçi dövlət başçısı postundan uzaqlaşdırmaq əməliyyatına hazırlıq işləri aparmasıdır. SİA Ukraynanın rusdilli "Seqodnya" qəzetinə istinadən xəbər verir ki, hazırda Ukraynada çox güclü planlaşdırılmış və qeyri-leqal fəaliyyət göstərən xüsusi xidmət orqanı mövcuddur. Burada vaxtilə və hazırda əks-kəşfiyyatda, hüquq-mühafizə orqanlarında, prokurorluqlarda işləyən insanlar çalışırlar. Melniçenkonun dediyinə görə, onların məqsədləri prezident Yanukoviçə qəsd etməkdən ibarətdir. "Oranı Ukraybanın bir çox oliqarxları maliyyələşdirir"-deyən mayor əlavə edib ki, onları bir sıra maraqlar birləşdirir.
Daha sonrakı məlumatında mayor bildirir ki, sözügedən xüsusi xidmət orqanlarının əməkdaşları dəfələrlə onu və ailəsini öldürülməklə təhdid ediblər. "Mənə qorxulu gəlir. Mənə real olaraq çox qorxulu gəlir ki, orada son on il ərzində baş verənlər barədə danışmaq, izah etmək həyatım bahasına olar. Lakin zamanı çatanda oradakıların ad və soyadlarını hər kəs biləcək"-deyə Melniçenko bildirib.
Mayor son olaraq bildirib ki, Yanukoviçin həyatına qəsd ehtimalının yüksəkliyi prezidentin onlara qarşı barışmaz mövqeyidir və bu mövqeyinə görə onu bağışlamayacaqlarına and içiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə