ABŞ Rusiya və Çini kibercasus adlandırıb

ABŞ Rusiya və Çini kibercasus adlandırıb
ABŞ üçün sənaye-iqtisadiyyat sahəsində casusluq baxımından ən real təhlükə Rusiya və Çin hesab edilir. Bu barədə ABŞ-ın Milli əks-kəşfiyyat idarəsi yaydığı sonuncu hesabatında (Office of the National Counterintelligence Executive) məlumat verir. SİA Lenta.ru-ya istinadən xəbər verir ki, xarici casuslar kibercasusluq vasitəsi ilə ABŞ-ın iqtisadi sirrlərini əldə edirlər. Bu fakt birləşmiş ştatlar üçün ciddi təhlükə kimi dəyərləndirilir.
Bu sahədə ən aktiv ölkələr isə Rusiya və Çin dövlətləridir. Həmin dövlətlərin hakkerləri müxtəlif üsullarla ABŞ-ın müvafiq iqtisadi saytlarına hücumlar edirlər. Əks-kəşfiyyatçılar isə onların ad və soyadlarını müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə