Göyçayda nar bayramı keçirilir

Göyçayda nar bayramı keçirilir
Göyçay şəhərində keçirilən nar bayramı ilə əlaqədar tədbirin rəsmi hissəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Göyçay, Ucar seçki dairəsindən seçilən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şəmsəddin Hacıyev, "İRƏLİ" İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı, millət vəkilləri Fətah Heydərov, Jalə Əliyeva iştirak edirlər. Tədbirdə millət vəkilləri ilə yanaşı həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzer, Qazaxstanın Azərbaycandakı səfiri Serik Primbetov, Rusiya və Yaponiyadan olan rəsmi nümayəndələr eyni zamanda QHT olan digər rəsmi nümayəndələr iştirak edir. Qeyd edək ki, mərasim iştirakçıları Göyçay şəhərində Heydər Əliyev muzey mərkəzinə baxış keçirdi. Hal hazırda qonaqlar rayonun kəndlərindən gətirilmiş nar sərgisinə baxış keçirir.
Xatırladaq ki tədbir bədii hissə ilə davam edəcək.
İlahə Vəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə