Beynəlxalq Təhsil sərgisinin təqdimat mərasimi keçirilib

Beynəlxalq Təhsil sərgisinin təqdimat mərasimi keçirilib

"Kaspi" Təhsil Mərkəzinin təşkil etdiyi Beynəlxalq Təhsil sərgisinin təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev noyabrın 5-də keçiriləcək sərgi haqqında konfrans iştirkaçılarına ətraflı məlumat verib. Bildirilib ki, sərginin təşkilində əsas məqsəd tələbələrin bir sıra nüfuzlu xarici univeristetlərlə tanışlığı, yerli universitetlərlə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də məlumatverici təqdimatların həyat keçirilməsidir. Qeyd olunub ki, Sərgidə 10-a yaxın ölkənin nümayəndələri ilə bərabər, 50-ə yaxın universitet təmsil olunacaq və gənclərin xaricdə təhsillə bağlı sualları cavablandırılacaq. Mərkəz direktorunun sözlərinə görə, "Sərgi iştirakçıları həmçinin burada iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, ərizələrin doldurulması qaydaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat əldə etmək imkanı qazanacaqlar. Görüşdə həmçinin tələbələrin universitetlərlə yaxından tanışlığı, video təqdimatların izlənilməsi də təmin ediləcək" - deyə Elnur Əliyev sözlərinə əlavə edib.

Qeyd edək ki, təhsil sferasında uğurları ilə tanınan "Kaspi" Təhsil Mərkəzi dünyanın 80-dən artıq universiteti ilə tanışlıq edir.


Bütün xəbərlər Facebook səhifəmizdə