Lokomotiv deposunun rəisi güllələndi

Lokomotiv deposunun rəisi güllələndi

Bu gün səhər saatlarında Böyük Şor Lokomotiv deposunun inzibati binasında silahlı insident qeydə alınıb. Deponun keçmiş işçisi, 1934-cü il təvəllüdlü Dadaşov Heydər İslam oğlu deponun rəisi, 1944-cü il təvəllüdlü Ocaqverdiyev Kamal İsaq oğlunu güllələyib. "Makarov" markalı tapançadan açılan 6 güllədən 3-ü K. Ocaqverdiyevə dəyib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən H. Dadaşov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə