Qaz partlayışları əhalinin təhlükəsizliyə əməl etməməsindən baş verir
2011-ci ilin 11 ayı ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə qaz partlayışları nəticəsində baş verən hadisələrin sayı azalıb. SİA-nın verdiyi xəbərə görə, "Azəriqaz" İstehsalat Birliyinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyev bu keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, insanlar təhlükəli qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına qismən də olsa əməl etmələri nəticəsində qeydə alınan göstəricilərdə xeyli azalma müşahidə olunub. Onun sözlərinə görə, bu ilin 10 ayı ərzində qaz hadisələri ilə bağlı qəzaların sayı 30-40 faiz aşağı düşüb.
Həmçinin o qeyd edib ki, baş verən hadisələrin əsas səbəbi abunəçilərin təhlükəsizlik qaydalarına lazımı şəkildə əməl etməmələrindən irəli gəlir.
Könül Kamilqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB