Azərbaycan zabitinin ermənilər tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb

Azərbaycan zabitinin ermənilər tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi açılıb

Ermənistan Silahlı Qüvvələrinin Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Azərbaycan Milli Ordusunun zabiti leytenant Əliyev Emin Elmar oğlunun şəhid olması faktı ilə bağlı cinayət işi açılıb.

Respublika Hərbi Prokurorluğundan SİA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə (120.2.12.-ci) maddəsi ilə cinayət işi başlanıb. Məlumata görə, hadisə yerinə baxış keçirilib və müvafiq ekspertiza təyin olunub.

Qeyd edək ki, Emin Əliyev noyabrın 2-də axşam saatlarında başından aldığı güllə yarasından şəhid olub. Əliyev Emin 1986-cı il təvəllüdlüdür. Şəhid olan zabit Silahlı Qüvvələrin Akademiyasında qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin qardaşı oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə