Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədrini qəbul edib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqerlə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı V.İşinqer Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012 – 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmiş və uğurlar arzulayıb. V.İşinqer ölkəmizin bu mötəbər quruma qeyri-daimi üzv qismində seçilməsini Azərbaycan kimi gənc ölkə üçün böyük nailiyyət olduğunu vurğulayıb. Azərbaycana səfərinin uğurla keçdiyini bildirən V.İşinqer ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib. Nazir Elmar Məmmədyarovla V.İşşinqer arasında Avropa İttifaqı məkanında cərəyan edən proseslər, xüsusən də iqtisadi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB