Respublikanın baş psixiatrı Gəray Gəraybəyli İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovaya müraciət edərək, Səhiyyə Nazirliyinin 2 saylı kliniki psixiatriya xəstəxanasında müalicə alan ananın yeddi ay ərzində oğlundan heç bir məlumatı olmadığını, onun yerini bilmədiyini, bununla bağlı stresslər keçirdiyini və oğlunun tapılmasında kömək göstərilməsini xahiş edib. SİA-nın xəbərinə görə, ombudsman tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin qadının oğlu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında (BİT) təsərrüfat briqadasında işləməklə cəza çəkir. Anaya bu barədə məlumat verilib, BİT-in rəhbərliyi ilə danışıqlar aparılaraq, bu qadının öz oğlu ilə görüşməsi üçün razılıq əldə olunub.
Ombudsman Aparatının əməkdaşları 2 saylı kliniki psixiatriya xəstəxanasının nümayəndəsi ilə birgə həmin qadını BİT-ə aparıb və onun oğlu ilə iki saatlıq görüş təşkil edilib. Eyni zamanda, yaxın vaxtlarda ana və oğluna bu istintaq təcridxanasında uzunmüddətli görüş verilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB