Sabina Freyzer: Prezidentlərin Kazan görüşündə hər iki tərəf ümumi prinsiplərdə razılığa gələ bilər
"Prezidentlərin Kazan görüşünə qədər ümidlər var idi ki, ən azı hər iki tərəf ümumi prinsiplərdə qarşılıqlı razılığa gələcək. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, eləcə də Azərbaycan cəmiyyəti Kazan görüşünün nəticəsindən çox məyus qaldı. Həqiqətən də Kazan görüşünün nəticələri məyusedici oldu". SIA-nın xəbərinə görə, bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer Bakıda jurnalistlərə açıqlamasında deyib. S. Freyzer növbəti iki ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyiş gözlənilmədiyini vurğulayıb: "Qarşıdakı iki ildə həmsədr ölkələrdə - Rusiya, ABŞ və Fransada seçkilər keçiriləcək. Buna görə də hesab edirəm ki, danışıqlarda hər hansı canlanmanın olması ehtimalı çox azdır". Sabina Freyzer Azərbaycanın BMT Təhlükə Şurasına qeyri-daimi üzv seçilməsinə də münasibət bildirib. O deyib ki, Azərbaycanın BMT Təhlükə Şurasına qeyri-daimi üzv seçilməsi nəinki Dağlıq Qarabağ münaqişəsi məsələsində rol oynayacaq, həmçinin Azərbaycanın digər qlobal məsələlərdə öz gerçək həqiqi gücünü göstərməsinə, eyni zamanda ölkənin beynəlxalq reputasiyasını möhkəmləndirməyə imkan verəcək. O, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsinin ölkədə insan hüquqları və demokratiya məsələlərinə də öz təsirini göstərəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB