Ermənilər iki istiqamətdə atəşkəsi pozublar

Ermənilər iki istiqamətdə atəşkəsi pozublar

Ermənilər ötən gün atəşkəsi iki istiqamətdə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 3-də saat 16.35-dən 16.50-dək Ermənistanın Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 15.50-dən 16.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə