Cəzaçəkmə müəssisələrində monitorinq keçirilib

Cəzaçəkmə müəssisələrində monitorinq keçirilib
Ədliyyə Nazirliyi yanında Penitensiar xidmətə nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, üzvü Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlının iştirakı ilə 13 saylı cəzaçəkmə müəssisəsində növbəti monitorinq keçirilib.

SİA-nın verdiyi məlumata görə, monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Baxış zamanı məhkumların saxlanma, personalın iş şəraiti, tibb işinin təşkili, psixoloji yardımın səviyyəsi, ərzaq və maddi-məişət təminatı, qısa və uzunmüddətli görüşlərin təmin olunma səviyyəsi, dini etiqadların təmin olunması və bir sıra digər göstəricilər yoxlanılıb. Eyni zamanda Komitə üzvləri 19 məhkumla onların istəklərinə uyğun olaraq təkbətək söhbət aparıb və hüquqi yardım göstəriblər. Məhkumlar tərəfindən bir sıra problemlər qaldırılıb. Məhkumlar səsləndirdikləri məsələlər monitorinqin nəticələrinə dair rəyə daxil edilib. Monitorinq zamanı konstruksiya sıxlığının olması əsas problem kimi qeyd edilib. Həmçinin, bildirilib ki, müəssisəyə gedən yolun təmirinin sürətləndirilməsinə ehtiyac var. Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə