İbrahim Tatlısəsin güllələnməsinin istintaqı yekunlaşdı

İbrahim Tatlısəsin güllələnməsinin istintaqı yekunlaşdı
İbrahim Tatlısəsin güllələnməsinin istintaqı yekunlaşdı. SİA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, İstanbul prokurorluğunda aparılan araşdırma yekunlaşıb. Hazırlanan ittiham aktında bildirilir ki, İbrahim Tatlısəsi güllələməkdə şübhəli bilinən Abdullah Uçmak və daha 6 nəfər dövlətin birlik və bütövlüyünü pozmaqda ittiham olunurlar. Prokurorluq sui-qəsdin PKK terror təşkilatının sifarişi ilə həyata keçirildiyini rəsmən təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə