Metronun “Məşədi Əzizbəyov” stansiyasının yaxınlığındakı körpu bağlanacaq

Metronun “Məşədi Əzizbəyov” stansiyasının yaxınlığındakı körpu bağlanacaq
Böyük Şor dairəsində, metronun "Məşədi Əzizbəyov" stansiyasının yanında "8-ci km" adlanan körpü noyabrın 4-dən avtomobillərin hərəkəti üçün bağlanacaq. "Azəryolservis" ASC-dan SİA-ya verilən məlumat görə, körpünün bağlanmasının səbəbi Mikayıl Əliyev küçəsində yeraltı piyada keçidinin tikintisidir. Bununla əlaqədar körpüdə noyabrın 4-dən 25-dək avtomobillərin hərəkəti ikitərəfli tam məhdudlaşdırılacaq. "Azəryolservis" sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.

Bütün xəbərlər Facebook səhifəmizdə