\"Sovetski\"nin yerində beşzonalı park salınacaq-ÖZƏL

\"Sovetski\"nin yerində beşzonalı park salınacaq-ÖZƏL
\"Paytaxtın yeni baş planı əvvəlkilərdən xeyli fərqləncək\". Bunu SİA-ya açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.Yeni Baş plana əsasən Sovet dövründə "Sovetski"və "Kubinka" adlanan ərazinin sökülməsi hazırda gündəmdə duran ilk məsələdir. Belə ki, Azərbaycan Dövlət Dram Teatrından Nərimanov prospektinə kimi olan hissədə yerləşən evlərin sökülərək yerində müasir standartlı parkın salınması nəzərdə tutulur. "Yeni parkda 5 müxtəlif təyinatlı zonalar tikiləcək. Burada xırda iaşə obyektlərindən tutmuş aktiv və sakit istirahət zonası, müxtəlif atraksionlardan ibarət uşaq zonası inşa ediləcək. Tikiləcək idman zonasında isə müxtəlif xırda stadionlarla bərabər açıq və qapalı idman zallarının tikilməsi nəzərdə tutulur". Komitə rəsmisinin sözlərinə görə, sözü gedən ərazidə hündür mərtəbəli binaların tikilməsi qadağan ediləcək. \"Qeyd edək ki, hazırlanan yeni Baş plan heç də dəyişməz qalmayacaq. Lazım gələndə onun üzərində korrektələr ediləcək. Çünki gələcəkdə burada dövlət əhəmiyyətli obyektlərin tikintisi nəzərdə tutula bilər. Bu isə baş planda müəyyən dəyişikliklərə ehtiyac yaradacaq\", -Dövlətxan Dövlətxanov deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə