Azərbaycanda transgen maddəli məhsulların qarşını almaq mümkünsüz olub
\"Bu gün Azərbaycanda GMO(Genetik modifikasiya olunmuş orqanizmlər) yoxlayan laboratoriya yoxdur, qanunvericilikdə isə bununla bağlı boşluqlar var\". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Azərbaycana bu gün kifayət qədər GMO gətirilir, əkilir, biçilir, kənd təsərrüfatında istifadə olunur. Onun sözlərinə görə, Azərbaycanda 1998-ci ildə satılan GMO bitkiləri yetişdirmək üçün Amerikanın məşhur "Mansarta" şirkətinin "Raundap" deyilən sepsitidi var.
"Bunun Azərbaycanda satışı sübut edir ki, Azərbaycanda GMO əkinçiliyi var. "Mansarta" şirkəti GMO ilk hazırlayaraq dünyaya çıxardan şirkətdir. GMO ətraf mühitə buraxılanda izlənməsə, ondan sonra qarşısını heç cür almaq olmaz. Cin artıq şüşədən çıxıb və onu artıq tutmaq mümkün deyil. Artıq GMO Azərbaycanda ətraf mühitə yayılıb. Ölkədə olan 12 qarpız növündən yalnız 1-i, 8-ə qədər pomidor növündən yalnız 2-si qalıb. Böyük miqdarda çuğundurlar, kartofların 40%-i artıq GMO-laşıb. Bu ətraf mühitin biomüxtəlifliyinə ciddi təsir edir. Bundan sonra nə qanun qəbul edilsə də qarşısını almaq olmaz. Bu artıq Azərbaycanın əmtəə bazarına, ekologiyasına buraxılıb. Bunu yığışdırmaq mümkün deyil, biomüxtəliflik dəyişə-dəyişə gedir. Tozlanma nəticəsində başqa növləri yox edir. Yalnız laboratoriyalar olmalı, yoxlamalar aparılmalıdır. Məhsulların üzərində yazılsın ki, tərkibində GMO var ya yox. Yalnız istehlakçılar müaariflənməlidir", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB