Qubada alma yığımı başlayıb

Quba-Xaçmaz bağlarında alma yığımına artıq çoxdandır ki, başlanılıb. Bağbanların fikrincə, məhsuldarlıq ötən illərlə müqayisədə 15-20 faiz aşağıdır. Amma bağa yaxşı qulluq edən bağbanların məhsulu boldur. Şimal bölgəsində 33 min 406 hektar meyvə bağı var ki, bunun da 70 % faizini alma bağları təşkil edir. Artıq 2 həftədir ki, bu bağlarda alma yığımı start götürüb.

Bu ilki məhsuldarlıq və meyvənin keyfiyyəti bağbanları sevindirib. Bağbanlar məhsulu yığmağa gec başlayıblar. Yığım üçün bütün bağban ailələrini bağlarda görmək mümkündür. Səhər yeməyindən başqa günorta və axşam yeməylərini bağban ailələri bağda çadır quraraq orda yeyir, istirahət edirlər.

Bağbanların ailələri Gəncədən də qohumlarını çağırıblar. Qubada indi bağı olan bütün bağ sahibləri evdə azyaşlı məktəblidən tutmuş 70 yaşlı nənəni də meyvə yığımında görmək mümkündür. 70 yaşlı nənə ağaca çıxa bilmədiyindən alma seçir, azyaşlı məktəblilər isə çətinliyi boynuna alaraq çarəsiz meyvə yığırlar. Bağbanlar meyvə daşımaq üçün ucuz yük maşınları alırlar ki, yığdıqları meyvəni evlərinə apara bilsinlər.

Onların sözlərinə görə, dəmgil xəstəliyi və zərərverici həşaratların almanı zədələməsi səbəbindən dərilən məhsulun 15-20 faizi itkiyə gedir. Bağbanlar bunun başlıca səbəbini xəstəlik və zərərvericilərə qarşı istifadə etdikləri kimiyəvi dərmanların keyfiyyətsiz olması ilə izah edirlər.

Hər il bağbanlar alma yığımına sentyabrın əvvəlində başladıqları halda, bu mövsüm bu proses ayın 21-dən sonra mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə