ADU-da Dövlət Bayrağı günü qeyd edildi

ADU-da Dövlət Bayrağı günü qeyd edildi

Noyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2 saylı İngilis dili fakültəsinin təşkilatçılığı ilə 9 Noyabr Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilib. ADU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sözügedən fakültənin tələbələrinin hazırladığı bayram tədbirində ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri və tələbələr iştirak edirdi.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirə Dövlət bayrağı gətirilib. Bayram tədbirində Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan indiki dövlət bayrağının 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edildiyi bildirilib.

Mərasimdə Dövlət bayrağının yaranma tarixi, eləcə də dövlətin əsas atributlarından biri olduğu diqqətə çatdırılıb. Tələbələr Azərbaycanını ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonra üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edildiyindən söz açıblar. Bununla yanaşı, tədbirdə Məmməd Əmin Rəsulzadənin Azərbaycan gəncliyinə xitabən söylədiyi sözlərin və ümummilli lider Heydər Əliyevin milli mənsubiyyət haqqında söylədiyi fikirlərin audio yazıları səslənib. Bayrağın şərəfini hər yerdəqorumağın ,dünyaarenalarındaonunənyüksək zirvələrdə dalğalanmasının vacibliyi vurğulanan bayram tədbirində vətənin bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsinin daim əziz tutulduğu qeyd edilib. Bildirilib ki, millibayraq- mənəvi,siyasi,ideolojibaxımdanbirdövlətin vəbirdövləti təşkil edən millətinsimvoluolub, onlarınmövcudluğunugöstərən rəmzdir. Tələbələr tariximiz, milli dəyərlərimiz, adət-ənənələrimiz haqqında həmişə məlumatlı olmağın vacibliyini vurğulayıblar. Tədbirdə tələbələrin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar, şerlər səsləndirilib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək bayram tədbirinin yüksək səviyyədə təşkil edildiyini bildirib. Prorektor tələbələr tərəfindən hazırlanan bayram tədbirində əməyi olanlara öz təşəkkürünü bildirib.

Sonda çıxış edən 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva da belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal olduğunu qeyd etdi və tələbələrə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə