Türkiyədə hərbi təyyarə qəzaya uğradı, ölənlər var

Türkiyədə hərbi təyyarə qəzaya uğradı, ölənlər var

Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb. "Doğan" agentliyinin verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 11:15-də (Bakı vaxtı ilə saat 13:15) baş verib.


Konyadakı hərbi aviabazaya aid təyyarə Konya şəhəri yaxınlığındakı Karakaya kəndində naməlum səbəblərdən yerə düşüb. Təyyarənin düşdüyü yerə xilasedicilər göndərilib.


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı təyyarə qəzası ilə bağlı açıqlama yayıb.Məlumata görə, qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 təyyarəsidir. Təyyarə təlim zamanı naməlum səbəblərdən yerə düşüb. Hadisə nəticəsində iki zabit pilot həlak olub.


Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisə ilə əlaqədar pilotların ailələrinə və Türkiyə xalqına başsağlığı verib.


Bütün xəbərlər Facebook səhifəmizdə