Millət vəkili: “ Imkan verməməliyik ki, torpaqlarımız işğalda, şəhidlərimizin qanı yerdə qalsın\"
"Hazırki dövr elm, texnologiya əsridir. Hər bir ölkə bu yeniliklərlə ayaqlaşmağa çalışır. Azərbaycan gəncləri çalışmalıdır ki, elmi, texnoloji cəhətdən savadlı olsunlar". SİA-nın xəbərinə görə, bunu millət vəkili Flora Mirzəyeva deyib. O bildirib ki, ilk öncə hər bir gənc vətənini sevməli və onu qorumağı bacarmalıdır. Hər bir gəncin təhsilə xüsusi önəm verməli olduğunu deyən millət vəkilinin sözlərinə görə, onlar öz üzərinə düşən işin, peşənin öhdəsindən vəzifəni yerinə yetirsə, o həm də vətənpərvərdir. "Gənclərin bilik və bacarıqlarından düzgün istifadə edilərsə, bu artıq Azərbaycanın uğuru olar. Azərbaycanın 20% torpağı işğal olunmasaydı, ölkə daha güclü və inkişaf etmiş olardı. Torpaqların 20%-nin işğal olunması xalqa mənəvi bir zərbə olub. Amma bu gün Azərbaycan bu gün güclü, beynəlxalq siyasətlə məşğul olan ölkədir. Imkan verməməliyik ki, torpaqlarımız işğalda, şəhidlərimizin qanı yerdə qalsın", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB