Quş qripi ilə bağlı epizootik durum stabildir

Quş qripi ilə bağlı epizootik durum stabildir
Hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti monitorinqləri davam etdirir. Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin SİA-ya verilən məlumata görə, noyabrın 14- də köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start verəcək. Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin, Səhiyyə Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də "Ovçular" Cəmiyyətinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Nəzarət köçəri quşları ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.
Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri noyabrın 25- də ictimaiyyət üçün açıqlanacaqdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti xatırladır ki, köçəri quşların miqrasiyası və havaların kəskin soyuması ilə əlaqədar olaraq ev quşları qapalı şəraitdə saxlanılmalı, köçəri və çöl quşlarının ovlanması, satılması və onlarda qida məhsulu kimi istifadəsi qəti qadağandır.
Y. Xanvəli onu da bildirdi ki, köçəri quşların miqrasiyasının başlanması ilə əlaqədar olaraq monitorinq profilaktik məqsəd daşıyır: \"Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da qan nümunələrinin götürülməsi nəzərdə tutulur.
Y.Xanvəli Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti adından əhalinin diqqətinə bir daha çatdırdı ki, ev quşları qapalı şəraitdə saxlanılmalıdır Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə qəti qadağandır.

Bütün xəbərlər Facebook səhifəmizdə