Bugün "Kültəpə"dəki tədqiqatların 60 illiyi ilə əlaqədar Qafqaz erkən əkinçilik mədəniyyətinə dair konfrans keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun, Arxeologiya və etnoqrafiya institutunun direktoru Maisə Rəhimovanın və digər qonaqların qatıldığı tədbirdə arxeoloji qazıntı və tədqiqatlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, cənab prezident İlham Əliyevin 2008-ci ilin fevral ayında imzaladığı sərəncamla arxeologiyada yeni mərhələ başladı. Belə ki 40 yaxın arxeoloji ekspedisiya Azərbaycanın müxtəlif bölgələrində tədqiqatlar aparıb. Tədbirdə Almaniyadan, Fransadan, Yaponiya, Rusiya, Gürcüstandan və s. alimlər iştirak edib. Qeyd olunub ki, gələn ildən bu tədqiqatlar daha da genişləndiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB