“Azərenerji”nin saytı yenilənib

“Azərenerji”nin saytı yenilənib

"Azərenerji" ASC-nin rəsmi internet səhifəsi yeni - www.azerenerji.gov.az ünvanında istifadəçilərin ixtiyarına verilib. SİA-nın xəbərinə görə, səhmdar cəmiyyətin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, səhifənin dizaynının və strukturunun yenilənməsində məqsəd ictimaiyyətin "Azərenerji"nin fəaliyyəti barədə daha ətraflı məlumatlandırılmasını təmin etməkdir. Xatırladaq ki, indiyədək qurumun rəsmi internet səhifəsi www.azerenerji.com ünvanında yerləşirdi.

Yenilənmiş səhifənin məzmununda bir sıra dəyişiklik edilib. Saytın "Azərenerji" bölməsində SC-nin tarixi, sosial fəaliyyəti, ekoloji və keyfiyyət üzrə siyasəti, qanunvericilik, təhsil və karyera məsələləri haqqında müfəssəl məlumatlar yerləşdirilib.

"Azərenerji" ASC-nin rəsmi internet səhifəsi Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə