\"Embawod\" “Mebeldə keyfiyyətə zəmanət” adlı təqdimatını keçirdi
Bugün \"Embawood\" şirkətinin "Mebeldə keyfiyyətə zəmanət" mövzusunda təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş nitqi ilə açan "Embawood" şirkətinin marketinq direktoru İlkin Manafov qonaqları salamlayaraq Almaniyadan dəvət olunmuş SCHULLER Consulting şirkəti ilə əməkdaşlıqdan danışıb. Qeyd olunub ki, "Embawood" şirkəti istehsal keyfiyyətinə zəmanət verir və son istehlakçı keyfiyyətdə yarana biləcək ən kiçik nasazlıqdan sığortalanmış olur. Həmçinin istehsal prosesinin bütün mərhələlərində keyfiyyətə nəzarət sistemi təkmilləşdirilir. Daha sonra digər çıxış edənlər şirkət təmsilçisi Aqşin Abdullayev və SCHULLER şirkətinin konsultantı Stiven Robinson "Embawood"-un tətbiq etdiyi yeni keyfiyyətlərin əhəmiyyətindən danışıb. Qeyd edək ki, "Embawood" şirkəti 1996-ci ildən fəaliyyət göstərir və hazırda 10-dan çox ölkəyə Azərbaycan mebelini ixrac edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB