“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi noyabrın 4-dən 10-na kimi gücləndirilmiş iş rejimində işləyəcəyini bəyan edib. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həmin günlərdə əhalinin fasiləsiz və davamlı olaraq təbii qazla təmin edilməsi üçün İB-tərəfindən bütün zəruri tədbirlər görülüb, yerli Qaz İstismar Sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılıb.
Havaların soyuması və bayram günləri ilə əlaqədar təbii qaza tələbatın artmasını nəzərə alaraq "Azəriqaz" İB bir daha abonentləri təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xəbərdarlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB