Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirib

Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirib

Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Dövlət Bayrağı günü münasibəti ilə dəyirmi masa keçirib. SİA-nın verdiyi xəbərə görə, üçüncü sektor QHT koalisiyası ilə birlikdə təşkil olunan tədbirdə çıxış edən Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ilk öncə hər kəsi qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. O bildirib ki, Dövlət Müstəqilliyinin 20 illik yubileyinin Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə eyni dövrə təsadüf etməsi ölkənin tarixi üçün mühüm hadisədir: "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-ci il tarixində üçrəngli dövlət bayrağını Naxçıvan Dövlət bayrağı kimi təsis edilməsi də ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilib. Müstəqik Azərbaycan konstitusiyasının da qəbulu Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla, əzmlə həyata keçirilməsi Azərbaycanı regionda ən güclü dövlətlərdən birinə çevirib. 9 noyabrın Bayraq Günü kimi təsis edilərək qeyd edilməsi dövlətin ən ali atributlarından olan bayrağa və müstəqilliyə prezident İlham Əliyevin verdiyi nə böyük dəstəkdir".

Tədbirin davamında çıxış edən millət vəkilləri, qonaqlar Azərbaycanda Bayraq Gününün bayram edilməsini müstəqiliyin gələcəkdə daha da möhkəmlənib, qüdrətlənməsinə xidmət edən əsas amillərdən biri olacağını söyləyiblər.


Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə