Göyçay Rayon İcra Hakimiyyəti və "İRƏLİ" İctimai Birliyinin birgə təşkilatçılığı ilə www.pomegranate.az saytı istifadəyə verilib. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, sayt nar, narçılıq ənənələri, nar məhsulları istehsalı, narla bağlı xalq təbabəti, nardan hazırlanan məhsullar, el məsəlləri və s. ilə bağlı məlumatları özündə əks etdirir.
Sayt "İRƏLİ" İnformasiya Texnologiyaları Mərkəzinin bazasında yaradılıb. Saytın qurucusu Sahil Balazadə, dizayneri Elçin Aşurovdur. Sayt Azərbaycan və İngilis dillərində fəaliyyət göstərir. Adıçəkilən internet resursda hər il keçirilən nar bayramları, o cümlədən mətbuatda Azərbaycan nar ənənələrini özündə əks etdirən materiallar vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB