«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib

«Azəriqaz» gücləndirilmiş iş rejiminə keçib

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Qurban bayramı ilə bağlı noyabrın 4-dən 10-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. "Azəriqaz" İB-dən verilən məlumata görə, həmin günlərdə əhalinin fasiləsiz və davamlı olaraq təbii qazla təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb, yerli Qaz İstismar Sahələrində sutkanın 24 saatını əhatə etməklə növbətçilik sistemi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə