Pirəküşküldə milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümükləri aşkarlandı

Pirəküşküldə milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümükləri aşkarlandı

AMEA Geologiya İnstitunun alimləri Pirəküşkül qəsəbəsində apardıqları qazıntılar zamanı milyon illərlə yaşı olan dəniz nəhənglərinin yeni sümüklərini aşkarlayıblar. İnstitutdan SİA-ya verilən xəbərə görə, qurumun Təbiət Tarixi Muzeyinin direktoru, biologiya elmləri üzrə fəlsəfə doktoruTariel Heybətovun rəhbərliyi ilə 5 ildir tədqiqatlar aparılır. Hazırda tapıntılar analiz edilir və daha müfəssəl məlumatlar isə tədqiqatlar başa çatdıqdan sonra açıqlanacaq.

Azərbaycanda bu cür qədim dəniz nəhənglərinin tapıldığı yerlər elmə XIX əsrin ikinci yarısından məlumdur və o vaxtdan bir çox alimlər bu barədə elmi əsərlər yazıblar. Lakin 1980-ci illərin əvvəllərindən 2006-cı ilə qədər orada tədqiqatlar xeyli zəifləyib.

Bu günədək Abşeron yarımadasında 25-30 milyon il bundan əvvəl yaşayan nəhəng dəniz heyvanlarının sümükləri tapılıb. Onların sırasında iri ayaqlı, quyruqlu, uzunboğaz əcaib dəniz yırtıcılarının da sümükləri var. Həmin yırtıcılar qədim dinozavrların törəmələridir. Bu törəmələrin ən son növləri hazırkı balina və delfinlərdir. Bütün bu nəhənglər o vaxtlar suyun altında olmuş Azərbaycanda yaşayıblar. Tədqiqatlar göstərir ki, bu yırtıcılar vaxtilə quruda yaşayıblar, sonralar milyon illər ərzində yer üzünü su örtdükdə onlar tədricən su heyvanına çevriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə