Türkmənistanda dünyada ən böyük xalça toxunub

Türkmənistanda dünyada ən böyük xalça toxunub

Türkmənistan mətbuatının yaydığı məlumata görə, ölkənin müstəqilliyinin 20 illiyi ilə əlaqədar Sərdar şəhərinin xalçaçıları ümumi sahəsi 378 kvadratmetr olan xalça toxuyublar. Cəmi dörd aya toxunan bu nəhəng xalça dünyada ən böyük xalı hesab edilir.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu xalçanı toxuyanlara qiymətli hədiyyələr verib.

2003-cü ildə Türkmənistanda toxunan 301 kvadratmetrlik "Altın asır" xalçası isə Ginnesin rekordlar kitabına düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə