Türkiyənin Hakkari bölgəsinin Çuxur mahalında 4,8 bal gücündə zəlzələ meydana gəlib. SİA-nın xəbərinə görə, şəhərin mərkəzində böyük çaxnaşmaya səbəb olan zəlzələdə vətəndaşlar küçələrə axın edib. Məktəblərdə isə şagirdlər müəllimləri tərəfindən çölə çıxarılıb. Hadisədə hər hansı itkiyə və binalara ciddi ziyanın dəymədiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB