Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda bildirilir: "Məmmədov Zakir Qulam oğluna "Xalq artisi", Əlibalayev Faiq Seyfəl oğlu və Quliyev Almaz Ağadar oğluna "Əməkdar artist" fəxri adları verilib. Adı çəkilən şəxslər bu fəxri adlara Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə layiq görülüblər.


Bütün xəbərlər Facebook səhifəmizdə