Dövlət başçısı Bolqarıstanın yeni seçilmiş prezidentini təbrik edib

Dövlət başçısı Bolqarıstanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının yeni seçilmiş prezidenti Rosen Plevneliyevə təbrik məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Bolqarıstan prezidenti vəzifəsinə seçkilərdə qələbə qazanmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan və Bolqarıstanı ənənəvi dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı istiqamətində səylərimiz daim xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".


Bütün xəbərlər Facebook səhifəmizdə