Bu gün Tərtər rayon İcra Hakimiyyətinin hesabat xarakterli müşavirəsi keçirilib. SİA-nın Qarabağ börosunun verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Daha sonra toplantıda iştirak edən rayon icra başçısı Ceyhun Cəfərov çıxışında bildirib ki, Prezident İlhamm Əliyevin tapşırığı ilə ötən illə müqayisədə əhalinin sosial rifahının yaxşılaşdırılması üçün bir neçə böyük layihələr həyata keçirilib. Ötən 9 ay ərzində 1320 ailənin 5941 üzvünə 109 manat ödənilib. Kənd təsərrüfatı sahəsində ötən illə müqayisədə 11.1 faiz, ümumi məhsulun buraxılışında artım qeydə alınıb. Ən əsası isə əhali arasında işsizliyin aradan qaldırılması üçün atılan addımlardır ki, 9 ay ərzində 851 nəfərin yeni iş yeri ilə təminatı bərpa olunub.
Hesabatı dinlədikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB