Noyabrın 5-9-da Qurban bayramı ilə əlaqədar bütün müəssiələrdə olduğu kimi orta məktəblərdə də dərs olmayacaq. Noyabrın 12-dən isə şagirdlər payız tətilinə çıxacaqlar. Bu barədə SİA-ya məlumat verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib ki, məktəblilərin payız tətili noyabrın 17-dək davam edəcək. Onun sözlərinə görə, bununla da noyabr ayı ərzində 5 günlük məktəblər 15, 6 günlük məktəblərdə isə 12 gün dərs olmayacaq. Z.Əliqızı qeyd edib ki, tətil başa çatandan sonra paytaxt məktəblərində jurnalistlərlə birgə aparılan reydlər davam olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB