SİA-nın Aran bürosunun müxbirinə Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Samit Abıyevin verdiyi məlumata əsasən, ölkə başçısı İlham Əliyevin göstəriş və dəstəyi nəticəsində payız fəsilinin başlaması ilə əlaqədar olaraq havaların dəyişkən olmasına baxmayaraq bu gün şəhərdə tikinti quruculuq işləri davam etdirilir.
Şəhər rəhbərliyinin təşəbbüsü əsasında Heydər Əliyev adına olan meydan kompleksində yerləşən yaşayış binalarının ən müasir kanıstruksiya ilə üzlənməsi başa çatmaq üzrədir. Binalara vurulan üzlük penoplas adlanır. Həmin üzlüklər isti və soyuq keçirmir. Eyni zamanda yanma ehtimalıda sıfıra bərabərdir. Bina meydana həmçinin şəhərə xüsusi gözəllik verəcək. Bundan başqa şəhərin mərkəzi küçəsi hesab olunan M. Rəsulzadə prospektində yollara yeni asfalt döşənir. 20 yanvar küçəsində yaşayış binalarının qarşısında yeni 13-cü " Nümunəvi Məhəllə" nin inşasına başlanılıb.
Burada sakinlərin istirahəti üçün lazım olan şərait yaradılması planlaşdırılıb. Parklarda yaşıllıqların qorunması və inkişafı üçün əyri bitmiş, külək əsəndə sınıb fəsad törədə biləcəklər ağaclar kəsilərək yeniləri ilə əvəz olunur. Küçə və xiyabanlarda iməcliklər keçirilərək şəhərin təmizliyi yüksək səviyyədə qorunur. Bu işlər bundan sonrada davam etdiriləcək.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB