İstehlakçıların şikayət və təklifləri ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilib. Bu barədə SİA-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, son 7 ay ərzində istehlakçılar üçün respublikanın 30 rayonunda fəaliyyət göstərən ticarət şəbəkələrində şikayət və təkliflər dəftəri var. E.Hüseynovun sözlərinə görə, bu dəftərdə öz əksini tapan şikayət və təkliflər ümumiləşdirilərək Nazirlər Kabinetinə təqdim edilib.
"Bunun əsasında deyə bilərəm ki, istehlakçılar qiymətin durmadan artmasından narahatdırlar. Şikayət və ərizə dəftərində qeyd edirlər ki, zəmanət verilən malların Nazirlər Kabineti tərəfindən təsdiq olunan bir siyahısı yoxdur. Ən çox şikayətlər isə kommunal xidmətlərlə bağlıdır. Çəkidə aldanılma, malların üzərində qiymətinin olmaması, ticarət şəbəkələrində nəzarət tərəzilərinin olmaması, yanacaqdoldurma mərkəzlərində menzurkaların olmaması və bu kimi digər məsələlər istehlakçıları narahat edir. Bütün bunlar ümumi şəkildə Nazirlər Kabinetinə təqdim olunub, amma hələ ki qarşı tərəfdən cavab verilməyib", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB