Kürdəmir rayonunda da regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələr yerinə yetirilir. Bunu Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Fəxrəddin Məlikov doqquz aylıq hesabat məruzəsi ilə çıxış edərkən deyib. Kürdəmirdə 9 ayın sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu dövr olub. Rayonda yeni iş yerləri yaradılıb, tikinti-quruculuq, abadlıq işləri, sürətlə davam etdirilib. 2011-ci ilin ilk doqquz ayı Kürdəmir rayonunun sosial-iqtisadi həyatı üçun də uğurlu olub. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonda uğurla həyata keçirilir. Hesabat dövrü ərzində rayonda 483 yeni iş yeri yaradılıb ki, onun da 398-si daimidir. RİH başçısı rayonda kənd təsərrüfatı işlərinin vaxtinda və daha keyfiyyətlə görülməsi, əkinçilərin texnikadan əziyyət çəkməməsini nəzərə alaraq Kürdəmir Aqrotexservis filialının bazasının tikilməsinə razılıq əldə edilib, hazırda tikinti işləri sürətlə davam etdirilir və tikintinin yaxın günlərdə istifadəyə veriləcəyi nəzərdə tutulub.
Rayonda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iri buynuzlu mal qaranın sayı 62,8 min başı, qoyun keçilərin sayı 133.7 min başı ötmüş, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunmuş, bu ilin 9 aylığında ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 31,2 %, süd istehsalı 20,9%, yumurta istehsalı 1,9 dəfə, yun istehsalı1% artıb. Dövlət Proqramına uyğun olaraq cari ildə əhalinin qazla təchizatının yaxşılaşdırılması məqsədi ilə Ağsu-Kürdəmir orta təzyiqli qaz kəməri 31 km məsafədə diametri 315 mm olan polietilen boru ilə yenidən çəkilib istifadəyə verilib. Uzun illərdən bəri təbii qaz almayan Təklə kəndinin qaz təchizatı bərpa edilmiş, 11.3 km məsafədə polietilen boru ilə yeni qaz kəməri çəkilərək 75 abonentin mənzilinə qaz sayğacı quraşdırılıb. Uzun illərdən bəri həlli gözlənilən şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması məqsədi ilə təməlqoyma mərasimi keçirilib, layihənin həyata keçirilməsinə start verilib. Son yeddi ildə rayonda 24 yeni məktəb və ya 6640 şagird yerlik 332 sinif otağı tikilib istifadəyə verilmişdir ki, bu da əvvəlki 20-25 ildə tikilən məktəb və sinif otaqlarının sayından 6 dəfə çoxdur. Dövlət Proqramına müvafiq olaraq 640 şagird yerlik şəhər 3 saylı orta məktəbin şəhərin simasına xüsusi gözəllik verən, müasir dizayn və arxitektur gorünüşünə malik yeni 3 mərtəbəli binasi tikilib başa çatdırılaraq yeni tədris ilinin başlandığı gün müəllim və şagirdlərin istifadəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB