Qusarda sərgi və satış yarmarkası keçirilib

Qusarda sərgi və satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı İşçiləri günü ilə əlaqədar Qusarda bölgə fermerlərinin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının sərgi və satış yarmarkası təşkil olunub. SİA-nın Şimal börosunun verdiyi xəbərə görə, yarmarkaya çıxarılan məhsullar bazar qiymətləri ilə müqayisədə 30 faiz aşağı qiymətlərlə satılıb.Sərgi-yarmarkaya Qusarın 105 kəndindən 20 tondan artıq meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də qonşu rayonlarda istehsal edilən quşçuluq məhsulları çıxarılıb. Xatırladaq ki, 1 noyabr Kənd Təsərrüfatı İşçiləri günü ilə əlaqədar Qusar rayon İcra Hakimiyyətində keçirilən müşavirədə isə rayonda yeni meyvə-tərəvəz təsərrüfatlarının yaradılmasından danışılıb, mövcud problemlərin həlli yolları araşdırılıb.

Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə