Sabah respublikanın bir çox regionunda qaz olmayacaq. SİA-nın xəbərinə görə, "Azadkənd-İmişli" qaz kəmərində aparılan təmir bərpa işləri ilə əlaqədar sabah saat 10:00-dan 18:00-dək qaz təchizatı dayandırılacaq. Təmir işləri aparılan müddətdə Sabirabad şəhərinə, rayonun Suqovuşan və Məmişli kəndlərinə, eləcə də Saatlı və İmişli şəhərlərinə və Şəkər zavoduna təbii qazın verilişində məhdudiyyətlər olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB