Göygöldə qardaş əmlak üstündə qardaşını yandırıb

Göygöldə qardaş əmlak üstündə qardaşını yandırıb

Göygöldə qardaş əmlak üstündə mübahisə zamanı qardaşını və evini yandırıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Oktyabrın 28-də saat 01.30 radələrində Göygöl rayonunun Fərzəliyev qəsəbəsində, qəsəbə sakini Sahil Məlikov əmlak bölgüsü ilə əlaqədar baş vermiş münaqişə zəminində yaşadıqları evə və qardaşı Xəyalın üstünə benzin tökərək yandırıb.

Nəticədə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Xəyal noyabrın 1-də orada ölüb. S.Məlikov Göygöl RPŞ əməkdaşları tərəfindən tutulub

Bütün xəbərlər Facebook səhifəmizdə