YAP Yevlax Rayon Təşkilatının sonuncu hesabat-seçki yığıncaqları keçirilib- FOTO

YAP Yevlax Rayon Təşkilatının sonuncu hesabat-seçki yığıncaqları keçirilib- FOTO

YAP Yevlax Rayon Təşkilatının İdarə Heyətində təsdiq olunan qrafikə əsasən ərazi və məhəlli ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları artıq yekunlaşıb. SİA-nın məlumatına görə, hazırda rayon təşkilatının 86 məhəlli və ərazi ilk partiya təşkilatda 7040 nəfər partiya üzvü birləşib. Onlardan 3691 nəfəri qadınlar, 1945 nəfərini isə gənclər təşkil edir.

İndiyədək 84 məhəlli ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib və Rayon təşkilatının VII Konfransına 395 nəfər nümayəndə seçilib. Sonuncu hesabat-seçki yığıncağı qrafikə əsasən "Səhiyyə" və "Mədəniyyət" məhəlli ilk partiya təşkilatlarında keçirilir.

"Səhiyyə" ilk partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında məruzə ilə çıxış edən ilk partiya təşkilatının sədri İlhami Quliyev ötən dövrdə qazanılan uğurlara və qarşıda duran vəzifələrə aydınlıq gətirib. Siyasi həmfikirlərin fəallığı şəraitində keçirilən toplantıda təşkilatın yeni İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. YAP üzvü Məhərrəm Gülməmmədov sözü gedən ilk partiya təşkilatına sədr seçilib.

"Mədəniyyət" ilk partiya təşkilatında baş tutan hesabat-seçki yığıncağını giriş sözü ilə Mədəniyyət və Turizm İdarəsinin müdiri İlqar Əhmədov açıb. Hesabat məruzəsi ilə ilk partiya təşkilatının sədri Vüsalə Məmmədova çıxış edib, qazanılan uğurlara və müşahidə olunan nöqsanlara toxunub. Daha sonra hesabat-seçki yığıncağında təşkilatı məsələ gündəmə gəlib. Heydər Əliyev adına Sarayın direktoru Bəxtiyar Şükürov "Mədəniyyət" ilk partiya təşkilatının yeni sədri seçilib. Sözü gedən hesabat seçki yığıncaqlarında YAP Yevlax Rayon Təşkilatının VII Konfransında iştirak etmək üçün hər birindən 35 nəfər olmaqla 70 nəfər nümayəndə seçilib.

"Səhiyyə" və "Mədəniyyət" ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarında YAP Yevlax Rayon Təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova və YAP Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyev iştirak ediblər. Natiqlər ötən hesabat dövrünü təhlil edib, qazanılan uğurlara və mövcud nöqsanlara öz münasibətlərini açıqlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə