Azərbaycanda Latviya günləri keçiriləcək

Azərbaycanda Latviya günləri keçiriləcək

Noyabr ayının ikinci yarısında Azəraycanda Latviya günləri keçiriləcək. SİA-nın Latviya mətbuatına istinadən verdiyi xəbərə görə, Latviya günləri çərçivəsində Bakıda filmlərin nümayişi, bu ölkənin istehsal etdiyi məhsulların müxtəlif sərgiləri nəzərdə tutulur.

Eyni zamanda noyabrın sonunda Azərbaycanla Latviyanın Rəssamlıq Akademiyaları arasında əməkdaşlıq Sazişinin imzalanması gözlənilir. Sənəd Latviyanın Rəssamlıq Akademiyasının rektoru Aleksey Naumovun Bakıya səfəri zamanı reallaşacaq. Səfər zamanı "Qız qalası" rəsm qalareyasında Latviya rəssamlarının əsərlərindən ibarət sərgi də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə