Ermənistan hakimiyyətində istefalar dalğası davam edir. Hakim rejim ölkədəki sosial böhranı ört-basdır etmək üçün yenidən kadr dəyişikliyi etməyə hazırlaşır. Ermənistanda vəziyyəti sabitləşdirmək üçün hakim rejim yeganə çıxış yolunu yeni təyinatlarda görür. SİA-nın "Aykakan Jamanak" qəzetinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan hakim dairələrdə yeni kadr dəyişiklikləri etmək fikrindədir. Gündəlikdə duran məsələlərdən biri – Kotayk vilayətinin rəhbəri Şahqeldyan Kovalenkonun vəzifədən uzaqlaşdırılmasıdır. Onun yerinə polis rəisinin müavini Saşik Afyanın keçəcəyi ehtimal olunur. Bundan başqa, polis rəisi Alik Sarkisyanın da vəzifəsindən azad edildi və bu rəhbər postuna isə İrəvan polis idarəsinin rəisi Nerses Nazaryan iddialıdır. Baş prokuror Aqvan Ovsepyannın da istefası gözlənilir. Onu Təhlükəsizlik Şurasının katibi Artur Baqdasaryanın əvəzləyəcəyi ehtimal olunur. Baqdasaryanın yerinə isə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın keçəcəyi bildirilir. Öz növbəsində müdafiə naziri vəzifəsinə Ohanyanın müavini David Tonoyan iddia edir.
Bu arada isə Ermənistan parlamentinin spikeri Ovik Abramyan yenidən baş nazir postunu tutmaq üçün fəaliyyətə keçib. Prezident Serj Sarkisyan baş nazir Tiqran Sarkisyanı Abramyanla əvəzləməyin əleyhinə olsa da, spiker niyyətinə çatmaq üçün əlindən gələni edir. Məhz bu üzdən son zamanlar baş nazirlə onun arasında ziddiyyətlərin daha da dərinləşdiyi bildirilir. Qəzet öz mənbəsinə istinadən yazır ki, spikerin baş nazir postuna gedən yolunu prezident Sarkisyanın kürəkəni, Prezident Administrasiyası rəhbərinin müavini Mikael Minasyan da bağlayır: "Minasyan Ermənistan parlamentini oliqarxlardan, hakim Respublika Partiyasının \"qocalarından\" təmizləməyə, oraya öz gənc kadrlarını yerləşdirməyə çalışır. Hakim partiyanın növbəti seçki üçün proporsional namizəd siyahısı da bu prinsiplə hazırlanır. Amma Abramyanın baş nazirliyə gedən yolunu bağlamaq üçün onun adı yeni siyahıya da salınıb".
İstefa dalğasının sahilə vurduğu sonuncu şəxs isə Ermənistan baş nazirinin müavini, ərazi idarə olunması üzrə nazir Armen Qevorkyan oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB