Səftər Rəhimli: “İran və Ermənistanın çökməsi eyni zamana təsadüf edəcək”- MÜSAHİBƏ (SƏS TV)
Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimlinin SƏS TV-yə müsahibəsi:
- İranda son vaxtlar Azərbaycan əleyhinə yönələn toplantıların keçirilməsi, aksiyaların təşkil olunması rəsmi Tehranın mövqeyi sayıla bilər?
- Tehranın rəsmiliyi çoxdandır ki, öz mahiyyətini itirib. Tehran rejimi artıq bir neçə qola ayrılmaq üzrədir. Daxili narazılıqlar günü gündən artmaqdadır. Bu yaxınlarda Azərbaycanın səs çoxluğu ilə digər dövlət arasında etibar qazanaraq daha da irəliləyir. Təbii ki, bu da İran modelində olan dövlətlərin xeyrinə deyil. çünki İran və Ermənistan terrorla məşğuldur. Bu tip dövlətlərdə Azərbaycanı görmək istəməyəcəklər. Azərbaycan əleyhinə yönələn toplantıların keçirilməsi, aksiyaların təşkil olunması inqilab keşişçilərinin işləridir. Azərbaycan əleyhinə Ruhulla Becaninin başçılığı ilə tədbirlərin keçirilməsi heç də təsadüfi deyil.
- İran prezidentinin bu yaxınlarda Ermənistana səfəri gözlənilir. Erməni- İran qardaşlığı nə ilə izah oluna bilər?
- Hesab edirəm ki, Ermənistanla İranın taleyi eynidir. Onların çökmələri də eyni zamana təsadüf edəcək. Bu dövlətlər dünyada unikal respublikalardır ki, narkotik vasitələrin yetişdirilməsi ilə bilavasitə məşğul olurlar. Silah alveri və qaçaqmalçılıqla da məşğul olurlar. İranda heç bir dövlətin diplomatik əlaqələri qalmayıb. İran Ermənistana gedib gəlməklə inandırmaq istəyir ki, guya heç bir halda təcrid olunmur və hansısa dövlətə yardım edir. Bu İranın son atılan güllələridir.
- Qərb mətbuatının yazdığına görə ABŞ və İsrail İranı müharibə ilə təhdid edir. Əgər İranda müharibə baş verərsə ölkə daxilindəki xalqlara eləcə də qonşu ölkələrə nə kimi təsir göstərə bilər?
- İranda müharibənin başladılmasına ehtiyac yoxdur. Orada yaşayan bütün müsəlmanlar bilir ki, bu rejim İslam dini altında özünün çirkin oyunlarını aparan Tehran rejimidir. İrandakı xalqlar artıq oyanıq dövrünü yaşayır. Bütün variantlardan Tehran rejimi istifadə etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB