Azərbaycan turizminin inkişafına nail olmaq istəyiriksə, turizm xidmətlərinə diqqət yetirilməlidir. Bunu SİA-ya Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. O bildirib ki, bu gün turizm xidmətləri istənilən səviyyədə olmaması bir faktdır. Onun sözlərinə görə, bu gün otellərdə əlavə xidmətlərin tətbiqi zəruridir.
Qeyri-ənənəvi turizmə gəlincə isə M.Ağakərimov vurğulayıb ki, Azərbaycanda hər turizm xidməti üçün imkanlar mövcuddur. O qeyd edib ki, respublikada olan 9 iqlim qurşağı nə Ermənistan, nə də Gürcüstanda yoxdur.
"Hazırda ölkədə aqroturizm yavaş-yavaş inkişaf edir. Çay turizmini inkişaf etdirmək, çayda raftinq təşkil etmək olar. Bundan əlavə, arxeoturizm növünü də inkişaf etdirmək mümkündür. Düşünürəm ki, ölkədə qeyri- ənənəvi turizmlə bağlı elmi işlər yazılmalıdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB