Azərbaycanda Koreya mədəniyyət günləri çərçivəsində Gəncə şəhərində bu ölkənin filmlərinin nümayişinə başlanılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, təxminən 3 gün davam edəcək tədbirin ilk günündə Koreyanın ölkəmizdəki səfiri Li Ji Ha və digər rəsmilər də iştirak edib.
Gəncə şəhərinə hər dəfə gəlişindən böyük məmnunluğunu dilə gətirən koreyalı diplomat şəhərin gündən-günə gözəlləşdiyini bildirib. Azərbaycanda Koreya Mədəniyyət günlərini təşkili isə hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı mədəni əlaqələrində inkişafına xidmət edəcəyini deyib.
"Gələn il Koreyada Azərbaycan dövlətinin yaranmasının 20-ci ildönümü münasibəti ilə sizin ölkənin mədəniyyət günləri keçiriləcək. Biz xalqlarımızın yaxınlaşmasını çox istəyirik. Gələcəkdə Azərbaycanda digər mədəni tədbirlərin təşkilini də nəzərdə tuturuq", səfir deyib.
Gələcəkdə koreyalı iş adamlarının ölkəmizə cəlb olunması da gündəmdədir. Ancaq hələlik bu istiqamətdə araşdırmalar aparılır. Koreya dövləti iqtisadi əlaqələrin qurulmasında olduqca maraqlıdır.
"Azərbaycanla Koreya dövləti arasında iqtisadi əlaqələrin qurulması bizim üçün də mühüm əhəmiyyətə malikdir. Xüsusilə deyim ki, ölkəniz son illərdə olduqca böyük inkişaf mərhələsi keçib. Biz qarşılıqlı təcrübələrimizdən yararlanaraq iqtisadi əlaqələri inkişaf etdirəcəyik",-deyə səfir əlavə edib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB